
🏁 Bu il Azərbaycan 10-cu dəfə “Formula 1” Qran Prisinə ev sahibliyi edəcək
🇦🇿 Azərbaycan yarışın keçirilməsi üçün ən azı 57 milyon dollar ödəyəcək. Ölkəmiz bu göstərici ilə 24 ölkə arasında 1-ci yerdədir.
🇸🇦🇶🇦 Müqayisə üçün, Səudiyyə Ərəbistanı və Qətər bu yarış üçün 55 milyon dollar xərcləyir.
🇹🇷 Gələn ildən etibarən yarışa ev sahibliyi edəcək Türkiyənin isə 35 milyon dollar ödəyəcəyi deyilir.
🇲🇨🇮🇹 Bunlardan başqa, Monako 32 milyon dollar, İtaliya isə 25 milyon ödəyir.
🤔 Sizcə, niyə ən çox pulu Azərbaycan ödəyir?
SON XƏBƏR
6 комментариев
6 классов
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 3 min 376 boşanma qeydə alınıb
Əhalinin hər 1 000 nəfərinə düşən boşanmaların sayı 2 olub.
Məlumat üçün bildirək ki, son 85 il ərzində, yəni 1941-ci ildən sonra Azərbaycanda ən yüksək boşanma göstəricisi 2023–2024-cü illərdə qeydə alınıb. Həmin illərdə əhalinin hər 1 000 nəfərinə düşən boşanmaların sayı 2,1 olub. 2025-ci ildə isə bu göstərici bir qədər azalaraq 2-yə düşüb.
Onu da qeyd edək ki, 2023–2024-cü illər istisna olmaqla, bu göstərici sonuncu dəfə 1990-cı ildə qeydə alınıb. Belə ki, 1990-cı ildə əhalinin hər 1 000 nəfərinə düşən boşanmaların sayı 2 olub və 2023-cü ilə qədər belə yüksək göstərici qeydə alınmayıb.
Son 85 ildə ən az boşanma isə 1945-ci ildə qeydə alınıb. Həmin il ölkədə əhalinin hər 1 000 nəfərinə düşən boşanmaların sayı cəmi 0,1 olub. 1945–1965-ci illərdə isə bu göstərici 1-dən yüksək olmayıb.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ən az boşanma 1999-cu ildə qeydə alınıb. Həmin il əhalinin hər 1 000 nəfərinə düşən boşanmaların sayı 0,6 olub.
Onu da qeyd edək ki, Avropa Statistika Bürosunun (“Eurostat”) açıqladığı son məlumata görə, Avropa Birliyində əhalinin hər 1 000 nəfərinə düşən boşanmaların sayı 1,6 olub və son 3 ildə – 2022, 2023, 2024-cü illərdə dəyişməz qalıb.
SON XƏBƏR
7 комментариев
10 классов
Paytaxt ərazisində ictimai nəqliyyat və metrodan istifadə edən sərnişinlər uyğunsuz davranışlar etdikləri halda, cəzalana bilərlər
İnzibati Xətalar Məcəlləsində bu hərəkətlər "xırda xuliqanlıq” adlanır. Belə davranan sərnişinlərə qarşı cərimələr və ya 15 günə qədər həbs cəzası tətbiq edilə bilər.
SON XƏBƏR
5 комментариев
19 классов
🇪🇺🇦🇿 Avropa İttifaqı Azərbaycanın 5 gəmisinə tətbiq etdiyi sanksiyaları ləğv edib
🇷🇺 Rusiyaya məxsus nefti daşıdıqları iddiası ilə Azərbaycana aid 5 gəmiyə tətbiq edilən sanksiyalar aradan qaldırılıb.
🚢 Avropa İttifaqı Şurasının qəbul etdiyi qərarla “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Zaqatala” gəmisinə, eləcə də ASCO ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birgə müəssisəsinə məxsus “Şuşa”, “Qarabağ”, “Xankəndi” və “Zəngəzur” gəmilərinə qarşı tətbiq edilmiş sanksiyalar ləğv olunub.
⚓️ ASCO-dan bildirilib ki, sözügedən gəmilər əvvəllər çarter müqavilələri çərçivəsində üçüncü tərəflərə uzunmüddətli icarəyə verilmişdi və onların əməliyyatları beynəlxalq qaydalara və sanksiya rejimlərinə tam uyğun şəkildə həyata keçirilirdi.
Qeyd edək ki, Avropa İttifaqı 2025-ci ildə Rusiyaya məxsus nefti daşıdıqları iddiası ilə Azərbaycana aid 5 gəmini sanksiya siyahısına daxil etmişdi.
SON XƏBƏR
1 комментарий
8 классов
🍅 🇬🇪 🚨 Etiraz etdilər, yolu bağladılar!
👉 Gürcüstanda yaşayan etnik azərbaycanlı fermerlər idxal olunan ucuz tərəvəzlərə görə öz məhsullarını sata bilmədiklərindən narazılıq edirlər.
❌ Etiraz edən kənd təsərrüfatı istehsalçıları digər ölkələrdən gətirilən tərəvəzlərin bazarı doldurduğunu bildirərək, hökumətdən xarici məhsullara mövsümi gömrük rüsumu qoyulmasını tələb ediblər.
🚙 Tələblərinə cavab verilməyəndən sonra sakinlər Şüləver kəndi ərazisində yolu bağlayaraq etiraz aksiyası keçiriblər.
SON XƏBƏR
3 комментария
23 класса
Tbilisi şəhərində mənzil alan əcnəbilər arasında İsrail vətəndaşları üstünlük təşkil edir
“Galt & Taggart şirkəti xəbər verir ki, 2026-cı ilin birinci rübündə satılan mənzillərin 12%-i İsrail vətəndaşlarının payına düşüb.
Onları 3%-lə Rusiya vətəndaşları izləyir. Satışların 14%-i isə digər ölkələrin vətəndaşlarına məxsus olub.
Eyni dövrdə Gürcüstan vətəndaşlarının bazardakı payı 70% təşkil edib.
Statistikaya görə, son illərdə yerli alıcıların payında azalma müşahidə olunur, əcnəbilərin marağı isə artan xətt üzrə davam edir.
Hesabata əsasən, 2026-cı ilin ilk rübündə Tbilisidə ümumilikdə 10 min 907 daşınmaz əmlak əməliyyatı qeydə alınıb. Satılan mənzillərin ümumi dəyəri 958 milyon dollara çatıb. Bu, illik müqayisədə satış sayında 16%, bazar həcminin isə 23,1% artdığını göstərir.
Son 4 ildə Tbilisidə daşınmaz əmlak əməliyyatlarında İsrail və Rusiya vətəndaşlarının payı aşağıdakı kimi dəyişib:
2023-cü ildə
Gürcüstan – 85%
Rusiya – 5%
İsrail – 4%
Digər ölkələr – 6%
2024-cü ildə
Gürcüstan – 80%
İsrail – 10%
Rusiya – 2%
Digər ölkələr – 9%
2025-ci ildə
Gürcüstan – 76%
İsrail – 10%
Rusiya – 3%
Digər ölkələr – 11%
2026-cı ilin 1-ci rübündə
Gürcüstan – 70%
İsrail – 12%
Rusiya – 3%
Digər ölkələr – 14%
SON XƏBƏR
4 комментария
6 классов
🇯🇵 💕 💰 Yaponiya dövləti subaylara dəstək olacaq
Rəsmi Tokio ölkədəki doğum sayını artırmaq üçün hərəkətə keçib.
Hökumət 20-39 yaş arası subaylara tanışlıq platformalarından istifadə üçün 20 min yen (~215 AZN) subsidiya təklif edir.
Məqsəd sadədir: gənclərin tanış olmasını asanlaşdırmaq, evlilikləri çoxaltmaq və nəticədə doğum sayını artırmaq!
Səbəbi isə odur ki, Yaponiya minimal doğum göstəriciləri ilə mübarizə aparır.
Sözügedən dövlət proqramı həıəlik 2026-cı maliyyə ili (aprel 2026 – mart 2027) üçün nəzərdə tutulub. Yardımı almaq istəyən şəxslər təhlükəsiz və rəsmi sertifikatlı app-ləri istifadə etməlidir.
SON XƏBƏR
1 комментарий
2 класса
Фильтр
загрузка
Показать ещёНапишите, что Вы ищете, и мы постараемся это найти!
Левая колонка
О группе
Новости... - Xəbərlər...
Новости, публикуемые от имени группы, это новости скопированные из новостных сайтов. За это Администрация НЕ несет ответственность!!! - Qrup adından yerləşdirilmiş məlumatlar digər xəbər saytlarından kopyalanmış məlumatlardır. Buna görə Qrup Rəhbərliyi heç bir məsuliyyət daşımır !!!
- Баку
Показать еще
Скрыть информацию