Свернуть поиск
Дополнительная колонка
Правая колонка
Ancaq özümüzün malik olduqlarımız şeylərə görə şükür etmirik. Ola bilsin ki, bir gün şikəst birini görən kimi Allahı xatırlayaq və bizi sağlam yaratdığı üçün şükür edək.
Biz bunu unutmamalıyıq ki, başqalarına qibtə etmək yerinə, özümüzün malik olduqlarımıza şükür etməliyik. Malik olduqlarımız nemətlərdən istifadə edək və şad olaq.
Şükür etmək - əxlaqi fəzilətlərdən sayılır. Hər bir insan ağlının nəticəsində dərk edir ki, bir nəfər ona bəxşiş və ya hansısa neməti verəndə, ona təşəkkür etməlidir.
Şübhəsiz, insan hansı elmi və ictimai məqamda olursa-olsun, gördüyü işin və ya kiməsə verdiyi nemətin qarşısında təşəkkür almağı sevər. Ona görə də bəzən təşəkkür etməməyi naşükürlük kimi mənalandırırlar.
Allah da insandan istəyir ki, ona verdiyi nemətlərə görə təşəkkür etsin, yəni şükür etsin. Baxmayaraq ki, Allahın bizim təşəkkürümüzə ehtiyacı yoxdur, ancaq insanları şükür etmələrinə görə vəzifələndirmişdir. Elə buradan şükür etməyin nə qədər fəzilətli bir əməl olduğunu dərk etmək olar.
Bəs Allah niyə bizdən şükür etməyimizi istəyir?
Allah ehtiyacsızdır. Bəs niyə insandan şükür etməsini istəmişdir?
Belə ki, Quranda çox sayda ayə vardır ki, orada insanın nemətə görə şükür etməsi bəyan edilmişdir. "Ey Davud ailəsi, (bu nemətlərə) şükür edin və Mənim bəndələrimdən şükür edən azdır". ("Səba” 13).
"Doğrudan da Allah insanlara qarşı lütf və bəxşiş sahibidir. Lakin insanların çoxu şükür etmirlər”. ("Bəqərə” 243).
Allah insanlara çox sayda nemət bəxş etmişdir ki, onlardan ən böyüyü - öz varlıqlarıdır. Buna baxmayaraq ki, insanların əksəriyyəti öz bədənlərinin qədrini bilmirlər. Nemətə küfr edir və şükür etmirlər.
Quran buyurur: "Doğrudan da Allah insanlara qarşı lütf və bəxşiş sahibidir, lakin insanların çoxu şükür etmir”. (”Ğafir” 61).
Quranı təhlil edən zaman görürük ki, insan elə bir hikmətə malikdir ki, həmişə şükür edən olmalıdır. Çünki bu zaman həmin nemətin qədrini bilər və onu verəni xatırlayar. Ona görə də alim və arif insanlar həmişə onlara verilən nemətlərə görə şükür edər və Xaliqi xatırlayarlar.
"Və həqiqətən, Biz Loğmana hikmət verdik (çox faydalı əqli və nəqli elmlər verdik, ona dedik) ki: «Allaha şükür et. Kim şükür etsə, həqiqətən, öz xeyrinə şükür edər və kim kafir (nankorluq) olsa, (bilsin ki,) Allah (onun şükürünə) möhtac deyil, (O,) həmd olunmuşdur (Onun sifətləri və işləri həmd olunmağa layiqdir)». ("Loğman” 12).

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев