Свернуть поиск
Dünyanın ən bahalı futbol brendləri açıqlandı
İspaniyanın "Real Madrid" klubu dünyanın ən bahalı futbol brendlərinin reytinq siyahısına yenidən başçılıq edib. "Report"un məlumatına görə, siyahını "Brand Finance" konsaltinq şirkəti tərtib edib. Həmin siyahıya əsasən, dəyəri 13,8 faiz ensə də, "kral klubu"nun 1,419 milyard avro ilə liderdir. İkinci yerdə 1,413 milyard avro ilə "Barselona" qərarlaşıb. 1,314 milyard avro qiymətə malik İngiltərə "Mançester Yunayted"i isə üçüncüdür.
Показать еще
- Класс
Bu ölkədə heç kim koronavirusa yoluxmayıb
Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çve Ryon Xe COVID-19-un yayılması qorxusuna görə bağlanmış Keson sərhəd şəhərinə baş çəkib. “Report”un məlumatına görə, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadən "İnterfaks" bildirib. Agentliyin məlumatına görə, Cve Ryon Xe səlahiyyətli şəxslərlə görüşərək, ehtiyacı olan sakinlərin yemək və dərmanla təmin edilməsini tapşırıb. Qeyd edilir ki, KXDR-in rəsmi dövlət orqanı “Rodong Sinmun” ölkədə əvvəlki kimi heç kimin koronavirusa yoluxmadığını bildirib. Daha əvvəl bildirilirdi ki, iyunun 19-da ölkənin qərb sahilindəki Xanqan çay sahilində 24 yaşlı gənc Kanxvado adası ərazisində sərhədi keçib. Həmin şəxsdə koronavirusa yoluxma ilə bağlı şübhəli əlamətlər qeydə alınmışdı. Koreya Xalq Demokratik Respublikasının Epidemiya ilə mübarizə üzrə Təşkilatı bildirib ki, KXDR-ə qayıtmış şəxsin koronavirus analizlərinin nəticələri qeyri-müəyyəndir. Onunla bağlı sərt karantin qaydaları tətbiq edilib. Hazır
Показать еще
- Класс
Nyu-Yorkda Qarabağ şüarını daşıyan təyyarə havaya qaldırılıb
ABŞ-ın Nyu-York şəhərində Azərbaycan icmasının üzvlərinin təşkilatçılığı ilə Manhetten adasınının üstündə ingilis dilində böyük hərflərlə “Stop Armenian Occupation”, “Karabakh is Azerbaijan! (Erməni işğalını dayandır, Qarabağ Azərbaycandır!!) şüarını daşıyan təyyarə havaya qaldırılıb. “Report”un yerli bürosu xəbər verir ki, üç saat ərzində Nyu-York şəhərinin üzərində dövrə vuran şüar yerli əhali tərəfindən böyük maraqla qarşılanıb. Təyyarənin daha yaxşı göründüyü Nyu-Jersi şəhərinin “Liberty” parkında toplaşan həmvətənlərimiz əllərində bayraqlarla, alqışlarla və şüarlarla təyyarəni izləyiblər. Təyyarə Manhetten adasında məşhur iş mərkəzləri “Empire Building”, “Business Center” olmaqla, dövlət üçün xüsusi əhəmiyyətli binaların və yaşayış yərlərinin önündən uçub. Layihənin təşkilatçısı Elmar Bayramov “Report”a açıqlamasında deyib ki, iki həftə ərzində ermənilər tərəfindən “Airads” hava reklamları şirkətinə proyektin reallaşmaması üçün təzyiqlər göstərilib. Hətta şirkətə bunun üçün ermə
Показать еще
- Класс
İtaliyada fövqəladə vəziyyət rejimi daha 3 ay uzadıldı
İtaliya parlamentinin hər iki palatası baş nazir Cuzeppe Kontenin tələbi əsasında fövqəladə vəziyyət rejiminin müddətini 15 oktyabr tarixinə uzatmaq qərarını təsdiqləyib. “Report” yerli KİV-ə istinadən xəbər verir ki, ilkin olaraq dünən hökumət Senatda fövqəladə vəziyyəti oktyabr ayının 31-dək uzatmaq təşəbbüsünü irəli sürsə də, müxalifətdəki Demokrat Partiyası və “İtalia Viva” (İtaliyaya eşq olsun) partiyası fövqəladə vəziyyəti sentyabrın 30-dək uzatmağı israr ediblər. Son nəticədə güzəştlər əsasında verilən qərar Senatda 125 səsə qarşı 157 səslə təsdiqlənib. Bu gün isə Deputatlar Palatası da qərarı 221 səsə qarşı 286 səslə təsdiq edib. Daha əvvəl belə bir addımın labüd olduğunu qeyd edən baş nazir C.Konte Senatdan icazə istəsə də, əslində fövqəladə vəziyyəti uzatmaq üçün parlamentin dəstəyinə heç ehtiyacı olmadığını da bildirmişdi. Fövqəladə vəziyyətdə hökumət başçısı əldə etdiyi xüsusi səlahiyyətlərə söykənərək parlamentə üz tutmadan karantin tədbirlərini həyata keçirib. Deputatla
Показать еще
- Класс
Marsda ilk dəfə ozon izləri tapılıb
Tarixdə ilk dəfə Mars planetində ozon və karbon qazının izləri aşkar edilib. “Report” “korrespondent.net” portalına istinadən xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyinin rəsmi saytında məlumat verilib. Marsda yeni qaz izləri ESA Kosmik Qaz Orbital Aparatı tərəfindən tapılıb. ESA mütəxəssisləri qeyd edirlər ki, Mars atmosferi ilə bağlı yeni məlumatlar planetdə metan qazının olub-olmadığını öyrənməyə kömək edəcək. Bu qaz birbaşa planetdəki geoloji və bioloji fəaliyyətlə əlaqəlidir. Metan qazı təxminən 400 ildən sonra yoxa çıxır. Odur ki, onun digər planetlərdə kəşfi nisbətən yaxın vaxtlarda yarandığına işarədir.
Показать еще
- Класс
Prezident İlham Əliyev Balakəndə səfərdədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonuna səfər edib. "Report" xəbər verir ki, dövlət başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Показать еще
- Класс
Alimlər: Pandemiyaya səbəb olan koronavirusun əcdadı Çində 40-70 il əvvəl ortaya çıxıb
SARS-CoV-2 virusu ailə ağacında ona qohum olan RaTG13 kimi yarasa koronaviruslarından ötən il və hətta bu minillikdə deyil, təxminən 40-70 il əvvəl törəyib. “Report” “Liga.net” portalına istinadən xəbər verir ki, bunu SARS-CoV-2 və ona yaxın virusların təkamülü ilə bağlı hərtərəfli genetik təhlillər aparan Edinburq Universitetinin Təkamül Biologiyası İnstitutu və Qlazqo Universitetindəki Virus Tədqiqatları Mərkəzinin alimləri bildiriblər. Müəlliflər “Nature Microbiology”də yazırlar ki, nalburunkimilər fəsiləsinə daxil olan yarasalarda görünən koronavirus, çox güman, panqolin və ya digər heyvanlarda olan viruslarla “çarpazlaşma” (gen mübadiləsi) yolu ilə deyil, öz təkamülü zamanı Homo sapiens növünü yoluxdurma qabiliyyəti əldə ediblər. Onlar SARS-CoV-2 genomunun sabit bölgələrini müəyyən edə bilib və onlar üzərindən təkamülünü qurublar. SARS-CoV-2 və RaTG13-ün ortaq əcdadı olduğunu fərz edən tədqiqatçılar belə nəticəyə gəliblər ki, birinci 1948-1982-ci illər aralığında təkamül ağacında
Показать еще
- Класс
Terrorçuluğa görə axtarışa verilən “Muxtar” ləqəbli şəxs Rusiyadan Azərbaycana ekstradisiya olunub
Azərbaycanın milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, terror-təxribat və digər pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması, eləcə də beynəlxalq terrorçuluqla mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks tədbirlər davam etdirilir. Xarici xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan vətəndaşlarının seçilərək onlara radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə ölkə hüdudlarından kənarda hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək müxtəlif adlarla digər dövlətlərin ərazisindəki münaqişə ocaqlarında hərbi əməliyyatlara cəlb olunmaları barədə toplanılmış materiallar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işi üzrə hazırda istintaq-əməliyyat tədbirləri aparılır. "Report" xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi saytı məlumat yayıb. Araşdırmalar nəticəsində, Azərbaycan vətəndaşı Şükürov Mehdi Əflatun oğlunun ictimai təhlükəsizliyi pozmaq,
Показать еще
- Класс
Rembrandtın avtoportreti 18,7 milyon dollara satıldı
Hollandiya rəssamlığının qızıl dövrünün ən böyük nümayəndəsi Rembrandtın (1606-1669) avtoportreti “Sotheby's” ticarət evində hərraca çıxarılıb. Bu barədə “Report” TASS-a istinadən xəbər verir. Avtoportret 14,5 milyon funt sterlinqə (18,7 milyon ABŞ dolları) satılıb. Əsər 1632-ci ildə, rəssamın 26 yaşında olduğu zaman çəkilib. Qeyd edək ki, hərracdan əvvəl ticarət evi koronavirusla mübarizə üzrə tədbirlərin yumşaldılmasından faydalanaraq əsəri Nyu York və Honkonqdakı potensial alıcılara təqdim edib.
Показать еще
- Класс
загрузка
Показать ещёДополнительная колонка
О группе
"Report" müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Показать еще
Скрыть информацию
Правая колонка