Свернуть поиск
Дополнительная колонка
Правая колонка
Kərbəla səfərinə hazırlaşanların hamısına Allah Öz xüsusi tövfiqini inayət etsin. İnsanın ruhunun çiçəklənməsinə səbəb olan bu fürsətlərin qədrini bilmək lazımdır. “Fürsəti itirmək, qüssədir”. (Nəhcül-bəlağə, səh. 489) Hər kəs fürsəti tanımasa və onu əlindən çıxarsa, nəticəsi qüssə olacaq. Bu fürsətlərin qədrini bilən kəs yüksələcək. Çünki inayətlər fürsətlərdədir.
Bizə elə gəlir ki, çox qulaq asan və sözəbaxanıq. Ancaq belə deyil, dünya bizim başımızı çox qarışdırmışdır. Bəzən insan hər şeyi bir yana qoyaraq, xüsusi şəkildə qulaq asmalı və diqqət etməlidir. İnsan özünün çox ayıq olduğunu güman edir; ancaq bu fikir insanı öz məqsədindən saxlayır. Ayıq olmaq və qulaq asmaq; hər ikisi lazımdır. Qulaq as gör Peyğəmbər (s) nə buyurur: “Sizin ömrünüz boyu ilahi nəsimlər əsir. Ayıq olun ki, o nəsimlərdən sizə də dəysin”. (Biharul-ənvar, c. 68, səh. 221)
Bu müqəddəs və tövhidi nəsimlər bəzi vaxtlar əsir və hər kimə toxunsa onu dirildir, ona həyat bəxş edir. İlahi nəsimlər ürəyə əsməlidir. Çünki buna çox möhtacıq. Əgər bu nəsimlər ürəyə toxunmasa, insan çarəsiz qalar və qəlbi bərkiyər.
Bəzən insan özü üçün fürsətlər yaratmalıdır. Bu fürsətlərdən biri də Kərbəla səfəridir. Məqsəd haradır?! Hədisdə buyurulur: “Hər kəs İmam Hüseynin (ə) haqqını tanıyan halda o həzrətin ziyarətinə nail olsa, ərşdə Allahı ziyarət etmiş kimidir”. (Kamuluz-ziyarat, səh. 149)
Hara gedirik?! Burada “öz”ündən saflaşmaq və xalis olmaq lazımdır. Sevginin işi budur. Hər şeyi bir qırağa qoyub “(Ya Rəsulum!) Sən: “Allah!” deyib çağır, sonra da onları burax”. (Ənam surəsi, ayə 91)
Bir tələbə Ayətullah Mürtəza Hairidən ona zikr öyrətməsini xahiş edir. Cənab Hairi buyurur: “Hər gün min dəfə de: Allahdan başqa hər şeyə ölüm!” Allahdan başqa hər nə varsa, ondan üzül.
Kərbəlaya bu piyada getməklik özü bir fürsətdir. Nə üçün (bu yolda) qaçırsan? Min mənzillik yolu bir baxış ümidi ilə qaçırsan! İnsan bu səfərdə “öz”ündən saflaşmalıdır. Bu eşqin cazibəsidir ki, insanı çəkərək özü ilə aparır. https://forooghetohid.com https://telegram.me/Ustadfurugi

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 7