Свернуть поиск
Дополнительная колонка
Правая колонка
Eşq və məhəbbət, insanın sərmayəsi
Eşq ilə yaradılmışıq! Əhli-beytə (ə) olan eşq və məhəbbət bizi varlıq aləminə gətirmişdir. Peyğəmbər (s) və onun əhli-beytinə (ə) sevgi bizi yoxluqdan varlığa çevirmişdir.
Eşq mənzilinin yolçusuyuq, yoxluq aləmindən
Varliq aləminə tərəf bu qədər yol gəlmişik.
Bu aləmdə yüksək məqamlar əldə etmək üçün eşq bir sərmayədir. Əhli-beyt (ə) bizi bu məqamlara qaldırmaq üçün gəliblər.
İmam Sadiq (ə.s) buyurur:
"وَ لَوْ لَمْ يَكُنْ فِي الْأَرْضِ مُؤْمِنُونَ كَامِلُونَ إِذاً لَرَفَعَنَا اللَّهُ إِلَيْه"
Biz dostlarımıza xatir bu torpaqda düçar olmuşuq. ("Bihar əl-ənvar", c. 64, s. 351)
İmam Zaman (ə.c) bizə xatır bu torpaqda qalıb.
Eşq dərsi oxumayan insan bəs nə oxuyub?
Tövhid və məhəbbət meyini gərək əhli-beytin (ə) əlindən alıb içəsən ki, fəna və ədəm olasan.
İlahi, o kəslər ki, səndə itiblər
Xalqın qəlbindən və gözündən gizlidilər.
Onlar harda itiblər və biz harda itmişik? Dünya səhrasında? Sərgərdanlıq, şəhvət və heyvanlıq vadisində? "Yer üzündə şaşqın dolaşarkən şeytanların azdırdığı adam kimi" ("Ənam" surəsi, ayə 71)
Dünyaya ürək bağlayan insanın üzünə yollar bağlanır, həyatının nəticəsi isə heyrət və məyusluqdur.
Müsibət və bəla vasitəsilə süluk
Bir baxın! Allah övliyaları ən ağır bəlalarda belə şaddırlar. Çünki onlar həqiqət aləminə yetişiblər. Bu aləmdə xeyir yoxdur. Burda gərək sillə dəysin. Nə qədər çox bəla çəksən, bir o qədər yuxarı qalxarsan. Yaradılış sisteminin qanunu budur. Bəla çəkməyə hazır olanlar bu aləmdən daha tez xaric olurlar. Acılıqlar dünya məhəbbətinin daha tez getməsinə səbəb olur və insan yuxarı qalxır.
Aşura süluku və yolu budur. Bütün həqiqətlərin zühur etdiyi, Allah Camalının təcəlla etdiyi Aşura ona görədir ki, qanbahası verilib və nəticə alınıb.
Aşura yolu ən ağır bəla deməkdir! Bundan ağır bəla təsəvvür etmək mümkün deyil. Aləmdə olan bütün feyzlər, peyğəmbərlərə verilən bütün feyzlər Kərbəlada toplanıb. Aləmdə hansı yer imtahan olunsa və o yer bu imtahanda daha yaxşı çıxsa, orda feyz də daha çoxdur. Bu Allahın qanunudur.
İmam Hüseyn (ə) peyğəmbərlərin varisi
"Varis" ziyarətnaməsini oxuyun. Bəşər tarixində bir nəfər tapılmışdır ki, bütün peyğəmbərlərin varisi olsun! Buradan məlum olur ki, imam Hüseyn (ə) bütün peyğəmbərlərin elədiyi işə bərabər bir əməl etmişdir və əgər bu işi görməsəydi bütün peyğəmbərlərin zəhmətləri hədər olardı və onların hamısı varissiz olardılar.
Peyğəmbərlərin varisliyi qohumluq nisbəti deyil. Mütəal Allah Nuha (ə) buyurur:
"يا نُوحُ إِنَّهُ لَيْسَ مِنْ أَهْلِك"
"Ey Nuh! O sənin ailəndən deyildir". ("Hud" surəsi, ayə 46). Varislik Allahın buyurduğu kimidir:
"مِلَّةَ أَبيكُمْ إِبْراهيم"
"Atanız İbrahimin dini (dinində olduğu) kimi" ("Həcc" surəsi, ayə 78).
Hünər və bacarıq budur. İnsan belə mənəvi əlaqələrlə peyğəmbərlərdən irs apara bilər.
Həzrət İbrahimin sevgi (ə.s) seyri
Həzrət İbrahim (ə.s) sevgi oyunu oynayırdı. Dedi: "Mən batanları sevmirəm" ("Ənam" surəsi, ayə 76)
Bu sistem, məhəbbət sistemidir. Öz məhəbbətini baqi olana və sönməyənə ver.
Min illərlə heyrətlə oturdum
Ona qoşuldum, özümüdən oldum
Lakin həyatım bu üç sözdür
Yondum, ibadət etdim, sındırdım
İnsanın ömrünün hasili budur. Nə vaxt həqiqəti ibadət edəcəyik?!
İbrahim (ə.s) sevgilə, eşqlə seyr etdi və hər kim onun kimi yaşamasa səfehdir.
"وَ مَنْ يَرْغَبُ عَنْ مِلَّةِ إِبْراهيمَ إِلاَّ مَنْ سَفِهَ نَفْسَه"
(Ya Rəsulum!) Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? ("Bəqərə" surəsi, ayə 130)
Aşura yolu eşqbazlıqdır! Bəla ilə eşqbazlıq! Bu hünər istəyir! Ayağımıza bir tikan batsa, hamıya deyirik. Nə olubdur?
Bəli! Bəziləri bəla ilə eşqbazlıq edir. İnsanı fənaya çatdıran pakbazlıq dərsidir. Əgər bu olmasa, insan liqaullaha yetişə bilməz.
Bu süluk və yol bizim də həyatımıza daxil olmalıdır ki, həqiqətlə yaşayaq. İnsan vücudunun qabını onun etdiyi günahlar doldurur. İnsanı bəlalarla imtahan edirlər. Hər nə qədər o səhnədə olsa, bir o qədər faydalanır.
Diqqət etmək lazımdır ki, bu yolu ürəklə getmək lazımdır. Ağıl ürəyin müqəddəməsidir. Bəla və müsibət səhnəsində iştirak etmək ürəyin işidir, ürəyi də məhəbbət həqiqət səhnəsinə aparır.
İmam Hüseyn (ə) və səhabələrinin süluku
Kərbəla səhnəsinə baxın! Necə də gözəl canları ilə oynayırlar. Onlar eşq yolunda öldürülənlərdir.
İmam zaman (ə.c) "Nahiyeyi müqəddəsə" ziyarətnaməsində buyurur:
"وَ قَدْ عَجِبَتْ مِنْ صَبْرِكَ مَلَائِكَةُ السَّمَاوَات"
"Mələklər sənin səbrindən təəcüb elədilər". ("Bihar ə-ənvar", c. 98, s. 240)
Hamı tamaşaya gəlmişdilər! Cəbrail Əmin təəccüb edərək dedi: Əcəb, ya Hüseyn (ə). Bu necə eşqbazlıq, bu necə sevgidir?Bu nə sevgidir ki, başını niyziyə vurdılar!
Aşiq gərək canını məşuqa hədiyyə etsin.
Diri və cavidan kimdir?
Qılıncla ölən dost.
Qəlblərin həyatının işi
Onun qılıncının başından keçir.
Kərbəla səhnəsini zühura gətirən eşq idi. İmam Hüseynin (ə) səhabələrinin hamısı eşq yolunda öldürüldülər.
Şahlardan biri Kərbəla şəhidləri barəsində deyilənləri yoxlamq üçün onların qəbrini açmaq qərarına gəldi. Dedi, əvvəl Hürrdən (s) başlayaq. Qəbri açanda imam Hüseynin (ə) onun alnına bağladığı sarı dəsmalı gördülər. Elə ki, dəsmalı açdılar, qan axmağa başladı.
Əgər eşq şəhidlərinin qəbrini açsan,
O şəhidlərdən bu zümzüməni eşidəcəksən: dost, dost!
Sən də özündən bir rəsm çək, sənətkarlığını göstər ki, onu Allah səndən alsın. Bununla da Qiyamətdə başı uca olasan. Əgər özün bacarmırsansa, onda Allahdan istə ki, O sənin üçün bir rəsm çəksin.
اللَّهُمَّ اجْعَلْ مَحْيَايَ مَحْيَا مُحَمَّد وَ آلِ مُحَمَّد
"İlаhi, həyаtımı Muhəmməd və Аli Muhəmmədin həyаtı kimi qərar ver".
İlahi, bizi hüseynçilərdən qərar ver!Kərbəlaya bu piyada getməklik özü bir fürsətdir. Nə üçün (bu yolda) qaçırsan? Min mənzillik yolu bir baxış ümidi ilə qaçırsan! İnsan bu səfərdə “öz”ündən saflaşmalıdır. Bu eşqin cazibəsidir ki, insanı çəkərək özü ilə aparır. https://forooghetohid.com https://telegram.me/Ustadfurugi

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 4