Свернуть поиск
Дополнительная колонка
Правая колонка
Bu dünyada kimlər aldandı..?
- Cəhənnəmi hesaba qatmayan dindar aldandı..!
( Zümər, 47 )
Söylə mənə Can Dostum, kimlər aldandı..?
- Cənnətdəki yerini hazır bilən hər kəs aldandı..!
( Nisa, 123 )
Söylə, başqa kimlər aldandı..?
- Ölüm yoxmuş kimi yaşayan dünyapərəst aldandı..!
( Nisa, 78 )
Gözəl Dost! Daha kimlər aldandı..?
- Əməlinə güvənən abid (çox ibadət edən) aldandı..!
Başqa kimlər aldandı..?
- Saleh əməl işləyirəm sanan riyakar (ikiüzlü) aldandı..!
İzah et Hakim! Sonra kim aldandı..?
- Aləmə nəsihət verib özünü unudan aldandı..!
( Bəqərə, 44 )
Başqa varmı..? Daha kim aldandı..?
- Rəbbini buraxıb, nəfsinə qulluq edən aldandı..!
( Furqan, 43-44 )
Hələ bir izah et Sevimli Dost! Başqa kimlər aldandı..?
- ALLAHın Rəhmətinə güvənib özünü təhlükəyə salan fasiq (günahkar) aldandı..!
( Əraf, 98 )
Hələ davam et, başqa kimlər aldandı..?
- Getdiyi yolun əyriliyindən şübhə etməyən qafil aldandı..!
( Kəhf, 104 )
De mənə! Daha kimlər aldandı..?
- Özünü xidmətdə bilib, ibadətə tükünü belə tərpətməyənlər aldandı..!
( Nisa, 95 )
Söylə.. Söylə, ta ki hər kəs duysun səni..! Hələ, hələ kimlər aldandı..?
- Namazı olmayan aldandı..!
( Müddəsir, 39-43 )
Kim özünü yandırdı, kimlər aldandı..?
- “..Mən bundan sonra xilas ola bilmərəm..” deyən me'yus (ümidsiz) aldandı..!
( Zümər, 53-54 )
Ey Gözəl Xeyirxah! İzah et kim aldandı..?
- “..ALLAH diləməsəydi günahkar olmazdım..” deyən, qədəri yalan sayan aldandı..!
( Zümər, 56-57 )
Ey Bəndə! De mənə daha kimlər aldandı..?
- Kiçik günahlara göz yumanlar aldandı..!
İzah et..! İzah et..! Daha kimlər aldandı..?
- “..İbadət etməməyimə baxmayee, ürəyim təmizdi..” deyən, saleh əməlsiz aldandı..!
( Əsr, 1-3 )
Başqa kim..? Daha kim aldandı..?
- “..Quran oxumaq, Namaz qılmaq, Oruc tutmaq dövrü keçdi artıq,
Bu dövrdə hər şey puldur..!” deyən, zəngin aldandı!

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 56
Bismillah.Salam Aleyküm.İslam dini Hakkında bildiklərinizi təkrar xatırlamak bilmədiklərinizi Örgənmək və örgətmək üçün Buyurub.Müsəlmanlarım Qalası
Adlı Grupa Qoşulunuz
Və Xaiş olunur Grupumuzu dostlarınızada Paylaşın ki Müsəlmanların sayı Artıs inşəALLAH
http://ok.ru/allahualim